Küçə heyvanları üçün paltarlarını satır

Türkiyəli model Özge Ulusoy alış-veriş mərkəzində görüntülənib.

ONN media xəbər verir ki, brend geyimləri ilə hər zaman diqqət mərkəzində olan model geyinmədiyi paltarlarla bağlı suala verdiyi cavabla hər kəsin qəlbini fəth edib. O, paltarlarının bir qismini ehtiyacı olan insanlara verdiyini, bir hissəsini isə küçə heyvanları üçün satdığını deyib.