ONN İnformasiya Agentliyi

Kürdlər Afrinə görə Rusiyanı düşmən elan etdi – YPG

Kürdlər Afrinə görə Rusiyanı düşmən elan etdi – YPG
21 Yanvar 2018 - 13:51

YPG terror təşkilatı Rusiyanın razılığı olmadan Türkiyənin Afrin əməliyyatı keçirməyəcəyini elan edib.

ONN media Teleqraf.com-a istinadən xəbər verir ki, YPG açıqlamasında "Afrin əməliyyatına görə Rusiya ən azı Türkiyə qədər məsuliyyət daşıyır, bu məsələdə Türkiyənin ortağıdır", – deyә bәyan edib.

Qeyd edək ki, YPG-nin bu açıqlaması Şimali İraq Kürd Muxtariyyətinin media quruluşu olan Rudav TV tərəfindən tirajlanması xüsusilə diqqət çəkib.

YPG-nin açıqlamasında Rusiya açıq şəkildə düşmən elan olunur:

“Türk əsgərinin dünyadan, xüsusilə Rusiyadan razılıq almadan bu addıma getməyəcəyini gözəl bilirik. Rusiya Afrində olan hərbçilərini geri çəkərək Türkiyənin əməliyyatına dolayısı ilə dəstək verib, bu işdə ortaq olub. Bu səbəbdən hücuma görə, Rusiya Türkiyə qədər cavabdehlik daşıyır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png