ONN İnformasiya Agentliyi

Küveytdə futbol oyununda tribuna çökdü: Onlarla yaralı var – VİDEO

Küveytdə futbol oyununda tribuna çökdü: Onlarla yaralı var – VİDEO
06 Yanvar 2018 - 19:47

Küveytdə keçirilən futbol qarşılaşmasında faciə baş verib.

Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milliləri arasında keçirilən Körfəz Kubokunun final oyununun sonunda şüşə tribunanın çökməsi nəticəsində azarkeşlər yuxarı sektordan yerə yıxılıblar. Xəsarət alan 40 azarkeş dərhal xəstəxanaya aparılıb.

Küveyt baş nazirinin köməkçisi Enes Saleh xəstəxanalara yatırılan yaralıların vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, 90 dəqiqəsi qolsuz başa çatan oyunda Oman penalti seriyasında 5:4 qalib gələrək ikinci dəfə Körfəz Kubokuna sahib çıxıb.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png