ONN İnformasiya Agentliyi

Kvirikaşvili: Azərbaycan prezidenti ilə Davosda maraqlı danışıqlar apardıq

Kvirikaşvili: Azərbaycan prezidenti ilə Davosda maraqlı danışıqlar apardıq
24 Yanvar 2018 - 19:40

Azərbaycan prezidenti İlham Əliyevlə gələcək layihələr barədə çox maraqlı danışıqlar apardıq.

ONN media xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosa səfərinin yekunlarına dair açıqlamasında deyib.

Baş nazir səfəri çox uğurlu və məhsuldar adlandırıb: “Biz konkret nəticələrə istiqamətlənmiş xüsusi görüşlər keçirdik. Panel müzakirələrdə bütün iştirakçılar Gürcüstanın əldə etdiyi inkişafı və bu tərəqqinin yalnız ölkə üçün deyil, region üçün də əhəmiyyətli olduğunu vurğuladılar”.

Qeyd edək ki, dünən Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili arasında görüş keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png