ONN İnformasiya Agentliyi

Lavrov işğalla bağlı ermənilərə hansı mesajı verdi?

Lavrov işğalla bağlı ermənilərə hansı mesajı verdi?
02 Fevral 2023 - 21:42

Bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir. Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, Baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayır.

ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya XİN rəhbəri Sergey Lavrovun “Rossiya-24” kanalına müsahibəsində işlətdiyi “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” fikri haqda qeyd edib.

E.Şahinoğlu bildirib ki, bunu Lavrovun dilindən ilk dəfədir eşidir və Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər heç vaxt həqiqəti söyləməyiblər, işğal barədə danışmayıblar.

Politoloq Lavrovun torpaqlarımızın işğaldan azad edilməsilə bağlı fikirlərinin erməni saytlarında da yayıldığını vurğulayıb:

“Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamına suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png