ONN İnformasiya Agentliyi

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub
24 Yanvar 2018 - 22:21

Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

ONN media APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"İki ölkə liderləri arasında əlaqələrin davamı olaraq nazirlər Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlığı müzakirə ediblər. Tədbirin uğurlu keçməsini təmin etmək üçün əlavə birgə addımlar atmağa dair razılığa gəlinib", məlumatda deyilir.

Məlumata əsasən, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png