Liderdən gözlənilməz qərar

Şimali Koreya lideri Kim Çen In bacısı Kim Yo-jonqu Cənubi Koreyada keçiriləcək Olimpiya Oyunlarına göndərməyi planlaşdırır.

ONN medianın xəbərinə görə, hər iki ölkənin heyətləri yanvarın 20-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) nəzarətində razılığa gəlib. Razılığa görə, Şimali Koreyadan idmançıların qatılması və hər iki ölkənin idmançılarının olimpiya mərasimində eyni bayraq altında getməsi qərarlaşdırılıb.