ONN İnformasiya Agentliyi

Litva Britaniyaya nota verdi

Litva Britaniyaya nota verdi
06 Fevral 2024 - 16:46

Livanın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Beyruta səfərinə etirazını bildirib.

ONN media xəbər verir ki, bu barədə Livanın “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bildirilib ki, Livanın xarici işlər və miqrasiya naziri səlahiyyətlərini icra edən Abdalla Habib krallığın Beyrutdakı səfiri Xemiş Kouelli nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Buna səbəb Devid Kemeronun Livan Xarici İşlər Nazirliyini ziyarət etməməsi göstərilib.

Qeyd edək ki, britaniyalı nazir fevralın 1-də Beyruta səfəri zamanı Livanın Baş naziri Nəcib Mikati və parlament sədri Nabih Berri ilə görüşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png