Litvadan Rusiya açıqlaması: Hökmən bərpa edilməlidir

Bizim Rusiya ilə heç bir əlaqəmiz yoxdur. Amma digər ölkələr, hətta qonşular da fəal şəkildə iqtisadi məsələlər üzərində işləyirlər.

ONN media xəbər verir ki, bunu Litvanın Baş naziri Saulyus Skvernyalis açıqlamasında deyib.

Baş nazir bildirib ki, Rusiya ilə münasibətlərin bərpasına praqmatik şəkildə baxmaq lazımdır:

“Qonşu dövlətlə əlaqələr hökmən bərpa edilməlidir. Növbəti il də mühüm addımların atılması üçün əlverişli olmalıdır”

Qeyd edək ki, Litva 2014-cü ildən Rusiya rəhbərliyi ilə heç bir əlaqə saxlamır. Bir müddət əvvəl Litva Prezidenti Dalya Qribauskayte bidirmişdi ki, Rusiya iə əməkdaşlıq etmək azımdır, döyüşmək yox.(Axar.az)