Liviya sahillərində 30-dan çox miqrant həlak oldu

Liviya sahillərində qayığın çevrilməsinə nəticəsində 30-dan çox miqrant həlak olub.

ONN media Trend-də istinadən verdiyi məlumata görə, bu haqda Liviya hərbi dəniz donanmasının nümayəndəsi Eyub Qhasem bildirib

Məlumata görə, qayığın qəzaya uğraması nəticəsində aralarında 18 qadın və 3 uşaü olmaqla 31 miqrant həlak olub. Daha 80 nəfər ağır vəziyyətdə Tripolidəki hərbi bazaya çatdırılıb.