lll dünya savaşı ola bilər?- ŞOK İDDİA

ABŞ Prezidenti Co Baydenin Ukrayna ilə bağlı səhv addımları dünyanı nüvə müharibəsi təhlükəsinə doğru sövq edib.

ONN media xəbər verir ki, bu sözləri amerikalı köşə yazarı Cordan Boyd “Federalist” nəşri üçün yazdığı məqalədə yazır.

“Bayden nəinki ABŞ-ı sonsuz proxy müharibəsinə (vasitəçilik müharibəsi – red.) sürüklədi, həm də taktiki nüvə silahlarından istifadə riskini artırdı” dedi.

Jurnalistin sözlərinə görə, amerikalıların çoxu Ukraynaya görə Rusiya ilə müharibə istəmir.