ONN İnformasiya Agentliyi

Londonda etirazlar davam edir: saxlanılanlar var

Londonda etirazlar davam edir: saxlanılanlar var
04 İyun 2020 - 20:18

Ötən gün “Blək Layvs Matter” (BLM) beynəlxalq hərəkatının Londonda təşkil etdiyi etiraz aksiyaları zamanı 13 nəfər saxlanılıb.

ONN media   xəbər verir ki, Minneapolisdə qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsinə etiraz edən minlərlə sakin nahar fasiləsi zamanı paytaxtın mərkəzindəki Hyde Parkda toplaşaraq parlament binası istiqamətində yürüşə başlayıblar.

Əvvəlcə dinc ovqatda başlayan nümayiş baş nazir Boris Consonun iqamətgahı yaxınlığında bir qədər gərginləşib, hökumət binasının qapısına tərəf şüşə butulkalar atılıb. Axşam hava qaralanda hadisə yerinə cəlb edilmiş polis nümayişçilərə qarşı güc tətbiq edib.

Qeyd edək ki, irqçiliyə qarşı etiraz nümayişləri həmçinin Liverpol, Kardiff, Mançester, habelə qonşu İrlandiyada ABŞ səfirliyi qarşısında keçirilib.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə (Minnesota ştatı) 46 yaşlı qaradərili sakin Corc Floyd Derek Çavin adlı polis əməkdaşının onu yerə yıxıb dizilə 9 dəqiqə ərzində boğazını sıxması nəticəsində dünyasını dəyişib. Bu hadisədən dərhal sonra şəhərdə başlayan kütləvi etiraz və iğtişaşlar tezliklə başqa şəhərlərə də sirayət edib.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png