ONN İnformasiya Agentliyi

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi
21 İyul 2021 - 21:15

Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

ONN media  xəbər verir ki, bunu “Sky News Arabia”ya müsahibəsi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, bildirib ki, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Savaşın başlıca iştirakçıları isə Belarus, Rusiya və Çin olacaq.

Prezident əlavə edib ki, Avropa dövlətlərini ittiham edərkən o, sadə avropalıları deyil, “ağılsız siyasətçiləri” nəzərdə tutur və günahı onlarda görür.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini bildirib. (oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png