ONN İnformasiya Agentliyi

Məktəbdə atışma oldu, nazir istefa verdi

Məktəbdə atışma oldu, nazir istefa verdi
07 May 2023 - 21:49

Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə əlaqədar istefa verib.

ONN media xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

Məlumata görə, nazir respublikanın baş naziri Ana Brnabiçə istefa ilə bağlı məktub göndərib, o, həmçinin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, mayın 3-də Belqardda yerləşən məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb. Nəticədə 9 nəfər – səkkiz şagird və bir mühafizəçi həlak olub. Daha altı uşaq və bir müəllim yaralanıb və hazırda xəstəxanadadırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png