Məscid partladıldı – ÖLƏNLƏR VAR

Pakistanın Kvetta şəhərində yerləşən məsciddə güclü partlayış baş verib.

ONN media xəbər verir ki, terakt zamanı 14 nəfər ölüb, 12-dən çoxu yaralanıb. Əraziyə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb edilib.