Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Fransız aktyoru Vensan Kassel xəstəxanaya yerləşdirilib.

ONN media  xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb. 53 yaşlı sənətçinin qəza keçirdiyi və üzünü yaraladığı deyilir.

Hadisə mayın 20-də baş verib. Ulduzun Fransanın cənub-qərbindəki, Biarritz yaxınlığındakı Arbonne kəndində skuterdən yıxıldığı məlum olub. Ertəsi gün Kassel sosial şəbəkədə heç bir narahatçılığa əsas olmadığını bildirib. Lakin aktyorun xəstəxanada nə qədər qalacağı məlum deyil.

Məlumat üçün bildirək ki, Vensan Kassel aktrisa Monika Belluççinin keçmiş həyat yoldaşıdır. Cütlüyün nikahından iki qızı var. Aktyor hazırda model Tina Kunaki ilə evlidir və bu nikahından da bir qızı var.(publika)