Məşhur aktyorun 2 yaşlı oğlu dünyasını dəyişdi-FOTO

Məşhur ABŞ-lı aktyor Rob Delaneyin 2 yaşlı oğlu Henri beyin xərçəngi səbəbiylə həyatını itirib.

ONN media-nın məlumatına görə, Londonda yaşayan 41 yaşlı aktyorun sosial şəbəkədə yazdığı mesaj hər kəsi kövrəldib:

“Çox kədərli xəbərim var. 2016-ci ildə beyin şişi diaqnozu qoyulan 2 yaşlı oğlum Henri vəfat edib. Hazırda, çox pərişanam. Bu dərdlə başa çıxmağa, ağlımı itirməməyə çalışacağam. Təşəkkür edirəm gözəl Henri. Bizimlə keçirdiyin vaxt üçün… Sənin üçün çox darıxırıq”.

Qeyd edək ki, Delaneyin oğlu Henri 2016-cı ildə dünyaya gəlmişdi.