ONN İnformasiya Agentliyi

Məşhur brendlər Ukraynaya qayıdır

Məşhur brendlər Ukraynaya qayıdır
08 Mart 2024 - 16:29

Ukrayna Xarici İşlər Nazirliyi “İnditex” korporasiyasına məxsus brendlərin ölkəyə qayıtdığını rəsmən elan edib.

ONN media xəbər verir ki, bu barədə qurumun rəsmi Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Ukraynaya qayıdan brendlər arasında “Zara”, ”Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” var.

Qeyd olunub ki, “Makdonalds”, “H&M” brendlərinin də ölkəyə qayıdışı gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu səbəbindən bir sıra məşhur brendlər Ukraynanı tərk etmək məcburiyyətində qalmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png