Məşhur hind aktyoru vəfat etdi – FOTO

Məşhur hind aktyoru və rejissor Şaşi Kapur vəfat edib.

ONN media xəbər verir ki, Ş. Kapur uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Ş. Kapur ən məşhur Bollivud filmlərində müxtəlif obrazlar yaradıb. Onun “Avara”, “Məhəbbət böyük qüvvədir”, “Siddihatra”, “Cənab Şekspir”, “Divar” və s. filmlərdəki rolları böyük uğur qazanıb.

Qeyd edək ki, Ş. Kapur 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib. (apa)