Məşhur müğənninin toy günü məlum oldu

Türkiyəli müğənni Ziynet Salinin toy tarixi açıqlanıb.

ONN media xəbər verir ki, bir müddətdir gitaraçı Erkan Erzurumlu ilə münasibətdə olan ifaçı sentyabrın 15-də evlənəcək.

Bu barədə açıqlama verən Ziynet həyəcanlı olduğunu, toy hazırlıqlarının davam etdiyini bildirib. Sadə gəlinlik geyinəcəyini açıqlayan ifaçı, toy üçün dəniz kənarında məkan axtardıqlarını açıqlayıb.