Məşhur rusiyalı aktrisa VƏFAT ETDİ

Rusiyalı müğənni və aktrisa Tatyana Parkina vəfat edib.

ONN media xəbər verir ki, bu barədə məlumat Rusiya Kinematoqrafçılar İttifaqının saytında dərc olunub. 68 yaşlı ” Mən vidalaşa bilmirəm ” və “Ana və qızları” filmlərinin ulduzu uzun sürən xəstəlikdən sonra mayın 6-sı dünyasını dəyişib. Parkina 13 aprel 1952-ci ildə Riqada anadan olub. Aktrisaya şöhrəti 1982-ci ildə çəkildiyi “Mən vidalaşa bilmirəm” filmi qazandırıb.