Məşhur şoumen yenidən xəstəxənada

“Qaçış sindromu” adlanan xəstəlik səbəbilə 235 gün reanimasiyada qalan türkiyəli şoumen Mehmet Ali Erbil yenidən xəstəxanaya aparılıb.

ONN media xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birinə girərkən görüntülənən sənətçi pərəstişkarlarını qorxudub.

Lakin xəstəxanadan verilən açıqlamada, aktyorun sadəcə sistem qoydurmaq üçün oraya getdiyi və səhhətinin qaydasında olduğu bildirilib.