Məşhur teleaparıcıdan inanılmaz açıqlama- “ABŞ-IN RUSİYAYA TƏTBİQ ETDİYİ SANKSİYALARI DƏSTƏKLƏYİRƏM”

Rusiyalı teleaparıcı Kseniya Sobçak ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəklədiyini bəyan edib.
ONN media xəbər verir ki, o, bu barədə “CNN” telekanalına intervyusunda bildirib.
“Düşünürəm ki, Rusiya beynəlxalq münasibətlərin dəhşətli şəkildə çətinləşməsinə görə məsuliyyət daşıyır. Biz Krımla bağlı beynəlxalq hüquq normalarını pozmuşuq.”, – deyə aparıcı söyləyib.
K. Sobçakın sözlərinə görə, adi insanlar sanksiyalara görə əziyyət çəkməməlidir: “Məslən, hazırda Rusiyada deputatlar Amerikaya viza ala bilmirlər. Bu, onlara qarşı ədalətli hərəkət deyil”.
Krımın vitse-spikeri Efim Fiks isə Sobçakın bəyanatını “inanılmaz axmaqlıq” kimi dəyərləndirdiyini deyib: “Ya o, dünyada nə baş verdiyini dərk etmir, ya da bu bəyanat piar məqsədi daşıyır”.
Qeyd edək ki, K. Sobçak bu ilin oktyabrında 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində namizəd olacağını bildirib. Daha sonra o, çıxışlarından birində Krımın Ukrayna ərazisi olduğunu bəyan edib.