ONN İnformasiya Agentliyi

Məşhurun qızı naxələf çıxdı

Məşhurun qızı naxələf çıxdı
26 Noyabr 2017 - 2:19

Məşhur futbolçu, Argentina yığmasının sabiq kapitanı Dieqo Maradona onun pulunu oğurlayan qızı Caninnanın həbsinə nail olmaq istəyir. Bu barədə “Qazeta.Ru” məlumat yayıb.

ONN media AZƏRTA-a istinadla xəbər verir ki, Maradonanın dediyinə görə, Caninna bacısı Dalma ilə birlikdə onun hesabından 1,61 milyon avro pul oğurlayıb. Sabiq futbolçunun fikrincə, qızların bu əməlinin arxasında keçmiş həyat yoldaşı Klaudiya Vilyafan dayanır.

“Uruqvayda bizim əlimizə sübut keçib ki, Caninna bank hesabı ilə əməliyyat aparıb. Biz onun həbsinə nail olmağa hazırlaşırıq”, -deyə Maradonanın vəkili Matias Morla bildirib.

Xatırladaq ki, Dieqo Maradona XX əsrin ən məşhur futbolçularından biri olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png