ONN İnformasiya Agentliyi

Məhkəmə Koçaryanı zaminə buraxmadı

Məhkəmə Koçaryanı zaminə buraxmadı
20 Sentyabr 2019 - 21:11

Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın girov qarşılığında zaminə buraxılması vəsatətini təmin etməyib.

Məhkəmə qərarından 10 gün ərzində Apellyasiya Məhkəməsinə müraciət oluna bilinər.

Vəsatət təmin olunmadıqadan sonra Koçaryanın vəkili Ayk Alumyan məhkəməni hakimiyyətin aləti olmaqda ittiham edib.

Növbəti proses oktyabrın 7-nə təyin edilib.

Xatırladaq ki, daha əvvəlki məhkəmələrdə Koçaryan girov qarşılığında azadlığa çıxarsa, heç yerə getməyəcəyini və bütün proseslərdə iştirak edərək günahsızlığını sübuta yetirəcəyini bildirmişdi.

Qeyd edək ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaları zamanı konstitusion quruluşu pozmaqda günahlandırılır. Keçmiş prezident 2018-ci ildə iki dəfə həbs edilsə də, daha sonra qısa müddətlik azadlığa buraxılmışdı. O, iyunun 25-dən isə üçüncü dəfə həbs edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png