ONN İnformasiya Agentliyi

Məktəblər bağlandı, elektrik kəsildi – Aralıq dənizi fırtınası başladı

Məktəblər bağlandı, elektrik kəsildi – Aralıq dənizi fırtınası başladı
18 Sentyabr 2020 - 18:22

Yunanıstanda Aralıq dənizi qasırğası bu gündən ölkəni təsiri altına almağa başlayıb.

ONN media  xəbər verir ki, Krit adasından başlayan fırtına İon dənizindəki adalara qədər çatıb.

Gecə yarısından etibarən Afina və Attika bölgəsinə qədər çatacağı proqnozlaşdırılan fırtına dəniz səviyyəsinin artmasına və sahil bölgələrinin su altında qalmasına səbəb olub.

Yerli “Kathimerini” qəzeti göy gurultularının müşayiəti ilə leysan yağışlarının başladığını, əlverişsiz hava şəraitinə görə bəzi məktəblərin bağlandığını yazıb.

Kefaloniya, Zakintoş və İtakada elektrik enerjisinin verilişi dayandırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png