ONN İnformasiya Agentliyi

Mərakeş də Berlin konfransından kənarda qaldı

Mərakeş də Berlin konfransından kənarda qaldı
19 Yanvar 2020 - 10:14

rakeş hakimiyyəti Liviya böhranı ilə bağlı Almaniyanın paytaxtı Berlində keçiriləcək zirvə görüşünə dəvət edilməməsini təəccüblə qarşılayıb.

ONN media xəbər verir ki, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Mərakeş Almaniyanın ev sahibliyi etdiyi və ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin, Türkiyə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Konqonun qatılacağı konfransın iştirak prinsiplərini müəyyən edən meyar və motivləri başa düşmür”, – məlumatda bildirilib.

Qeyd edək ki, 19 yanvarda Liviya məsələsinin müzakirə edəcəyi konfransa sadalanan ölkələrlə yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Birliyinin nümayəndələri, eləcə də Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar dəvət edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png