ONN İnformasiya Agentliyi

Məşhur aktyor GÜNDƏMDƏ: Sevgilisi ilə nişanlandı?

Məşhur aktyor GÜNDƏMDƏ: Sevgilisi ilə nişanlandı?
01 May 2020 - 21:48

“Dərin su” filmində baş rolları oynayan Ben Afflek və Ana de Armas gizlicə nişanlanıb.

ONN media xəbər verir ki, bu barədə Afflekin dostlarından biri məlumat verib:

“Ben onunla nişanlanıb. Onlar tezliklə ailə qurmaq istəyirlər. Armas karantin günlərini də Afflekin Los-Ancelesdəki malikanəsində keçirir. Yaranmış vəziyyət onları tamamilə qane edir. Cütlük mütəmadi olaraq itləri ilə gəzir və biri-birinə sevgi dolu sözlər deyirlər”.

Bəzi mənbələrin sözlərinə görə isə aktrisa Afflekdən öz şəxsi məqsədləri üçün, daha dəqiq desək, karyerasında yüksəlmək üçün istifadə edir.

Qeyd edək ki, B.Afflekin Cennifer Qarnerlə evliliyindən üç övladı var. Ana de Armas isə ispaniyalı aktyor Mark Klotet ilə 2 il evli olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png