ONN İnformasiya Agentliyi

Məşhur ekstrasensdən ŞOK proqnoz

Məşhur ekstrasensdən ŞOK proqnoz
27 Aprel 2018 - 15:32

Məşhur ekstrasens Lindsi Edvard dünyanın lider siyasətçiləri ilə bağlı maraqlı öncəgörmə ilə çıxış edib.

ONN media bildirir ki, amerikalı ekstrasensin bəzi öncəgörmələri tanınmış analitiklərin proqnozları ilə üst-üstə düşür.

İlk növbədə xanım Lindsi Tramp haqqında danışıb. Onun fikrincə, ABŞ prezidentinə yaxın gələcəkdə impiçment gözlənilmir. Bununla belə o, sui-qəsdlərdən sığortalanmayıb. Bunu təxminən payız aylarında – daha dəqiq oktyabrda gözləmək olar. Ekstrasens Trampın ailə həyatı haqqında isə onun xanımı Melanya ilə davalarını da istisna etmir.

Böyük Britaniyada Tereza Mey isə istefaya gedəcək. İstefadan əvvəl ölkədə bir neçə terror aktı olacaq. Jurnalistlər Tereza Meyi siyasi səriştəsizlikdə və alkoqolizmdə ittiham edəcəklər.

Lindsi əlavə edib ki, xanım baş nazirin gedişindən sonra Londonda terror aktları davam edəcək.

Kim Çen In ABŞ qarşısından çəkinməyəcək. Ekstrasens əmindir ki, heç bir sülhdən söhbət gedə bilməz. Ölkənin lideri siyasi arenada sona qədər vuruşacaq. Lakin o, nüvə sınaqlarından imtina edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png