ONN İnformasiya Agentliyi

Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu – SON DƏQİQƏ

Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu – SON DƏQİQƏ
12 İyul 2020 - 10:14

Məşhur hind aktyoru Amitabh Baççan koronavirusa yoluxub.

ONN media  xəbər verir ki, bu barədə 77 yaşlı aktyor Tvitter səhifəsində məlumat verib.

A.Baççan bildirib: “COVID testinin nəticəsi pozitivdir, xəstəxanaya köçürüldüm, ailəm və işçilərim testlərdən keçdi, nəticələr gözlənilir. Son 10 gün ərzində mənlə yaxın təmasda olan hər kəsdən xahiş edirəm ki, testdən keçin!”

Daha sonra onun oğlu, aktyor-prodüser Abhişek Baççan da koronavirusa yoluxması barədə sosial şəbəkədə paylaşım edib.

Hindistanın ən məşhur aktyorlarından olan Amitabh Baççan 15 dəfə “Filmfare Awards” mükafatını qazanıb. O, 50 illik yaradıcılığı ərzində 180 filmdə rol alıb.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png