ONN İnformasiya Agentliyi

Məşhur modelyer dəfn edildi – FOTOLAR

Məşhur modelyer dəfn edildi – FOTOLAR
28 Aprel 2020 - 18:46

Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş son mənzilə yola salınıb.

ONN media xəbər verir ki, koronavirus səbəbi ilə cənazə mərasimi keçirilməyib.

N.Yerlitaş Ulus qəbiristanlığında dəfn edilib.

İki il öncə beyin xərçəngi diaqnozu qoyulan və altı ay içərisində iki dəfə başında ağır əməliyyat keçirən modelyer ötən gün evində dünyasını dəyişib.

“Zincirlikuyu”dakı qəbiristanlığa gətirilən Yerlitaşın cənazəsinə yaxın dostu, sənətçi Sibel Can da gəlib.

Nurun ailəsi və qohumları qəbiristanlığın qarşısında gözləyiblər. Modelyerin vəsiyyəti ilə o, Ulus qəbiristanlığında anasının qəbrinin yanında dəfn edilib.

Qeyd edək ki, modelyer N.Yerlitaş 11 avqust 1955-ci ildə İstanbulun Vefa mahalında anadan olub. O, karyerasına İtaliyadan gətirdiyi aksesuarları satmaqla başlayıb.

80-ci illərdə Paris və Milandan gətirdiyi paltarları sataraq moda biznesinə başlayıb. Sonrakı illərdə öz butikini açıb və dizayn biznesinə daxil olub. O, son illərdə “İşte Benim Stilim” teleşousunun münsiflərindən biri olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Məşhur modelyer dəfn edildi – FOTOLAR
Məşhur modelyer dəfn edildi – FOTOLAR
Məşhur modelyer dəfn edildi – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png