ONN İnformasiya Agentliyi

Məşhur paltar brendinə irqçilik ittihamı

Məşhur paltar brendinə irqçilik ittihamı
13 Sentyabr 2021 - 19:14

Dünyaca məşhur İspan moda brendi “Balenciaga” irqçilik ittihamları ilə üzləşib.

“Balenciaga” tərəfindən 1200 dollara satışa çıxarılan şalvar sosial mediada çaxnaşma yaradıb.

“Tropme-L’oeil” boz rəngli şalvar 90-cı illərdə hip hop mədəniyyətinə aid spontan boksçu şortlarından ilhamlanaraq hazırlanıb.

Bir TikTok istifadəçisinin “Selfridges”də dizaynı tənqid edən bir video yayımlaması mübahisələr səbəb olub.

1,6 milyondan çox baxış əldə edən videoda həmin şəxs “Balenciaga”nı qara mədəniyyətinin simvolu olan məhsulu maddi maraqları üçün istifadə etməkdə günahlandırır.

“Balenciaga”nın baş marketinq direktoru Ludivine Pont CNN-ə “Trompe-L’Oeil” şalvarının səbəb olduğu mübahisə haqqında danışıb. O qeyd edib ki, koleksiyalarının əksəriyyətində müxtəlif qarderob əşyalarını bir paltarda birləşdiririk.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png