ONN İnformasiya Agentliyi

Məşhur reperin vəziyyəti ağırlaşdı

Məşhur reperin vəziyyəti ağırlaşdı
21 Yanvar 2020 - 15:27

Səhnə ləqəbi Guf olan 40 yaşlı reper Aleksey Dolmatov narkotik asılılığından xilas olmaq üçün yenidən reabilitasiya mərkəzinə göndəriləcək.

ONN media xəbər verir ki, Tailandda olan Aleksey Dolmatov telefonunu, kartlarını itirdiyi üçün onunla bir neçə gün əlaqə saxlamaq mümkün olmayıb. İfaçının yanına gedən yaxınları hazırda onun xəstəxanaya yerləşdirməsi ilə məşğul olur. Və ümid edirlər ki, narkomaniyadan müalicə alması üçün onu Moskva, ya da İsraildəki klinikalardan birinə yerləşdirə biləcəklər.

Qeyd edək ki, Abu-Dabi reysi ilə Tailanddan Moskvaya uçan reper həbs olunub. GUF uçuş zamanı qəzəblənməyə başlayıb. BƏƏ-də yerli polislər onu qarşılayaraq nəzarətə götürüb. Dolmatov hazırda polis məntəqəsindədir.

Xatırladaq ki, narkotikin təsiri altında olan Aleksey Dolmatov video yayaraq 2004-cü il Olimpiya Oyunlarının cüdo üzrə bürünc mükafatçısı, Rusiya Federasiyası altıncı çağırış Dövlət Dumasının deputatı Dmitri Nosov haqqında kəskin ittihamlar yağdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png