M.Zaxarova: “Rusiya Qarabağ münaqişəsinin tezliklə həllini istəyir”

Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində.

Bunları Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ, nəhayət, nizamlansın”.(Virtualaz.org)