Makron və Ruhani arasında telefonda danışdılar

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehranın nüvə sazişi öhdəliklərinin azaldılmasının üçüncü mərhələsindən sonra ilk telefon danışığını keçiriblər.

ONN media xəbər verir ki, bu barədə İran prezidentinin saytında yayıldığı məlumatda bildirilir.

Ruhani Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Fransa prezidenti Parisin işlərini bu istiqamətdə davam etdirdiyini deyib.