Makronun reytinqi kəskin düşdü

Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun populyarlığı bu ay, xüsusən də pensiya islahatları layihəsi fonunda azalıb.

Fransa vətəndaşlarının təxminən 65%-i prezidentin yanvar ayındaki fəaliyyətindən narazıdır ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə üç faiz bəndi çoxdur. Fransalıların yalnız 34%-i Makronun hərəkətlərindən razıdır ki, bu da bir ay əvvəlkindən iki pillə aşağıdır.

Bildirilir ki, bu göstəricilər Fransa prezidentinin 2020-ci ilin fevralından bəri ən aşağı populyarlıq səviyyəsidir.