Maldiv adalarında fövqəladə vəziyyət rejimi tətbiq edildi

Maldiv Respublikasının prezidenti Abdulla Yamin ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Qərar ölkədə yaşanan siyasi böhranla bağlıdır. Fövqəladə vəziyyət 15 gün davam edəcək.

Bundan əvvəl məlum olub ki, Maldiv Respublikasının Ali Məhkəməsi dövlət başçısını vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. Buna səbəb Abdulla Yaminin sabiq prezident Məhəmməd Naşidə qarşı irəli sürülmüş ittihamları ləğv etməsi olub. (apa)