Maşın qatarla toqquşdu – Ölən və yaralananlar var

Rusiyanın Saratov əyalətində maşın qatarla toqquşub.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə yerli vaxtla 14.00-da qeydə alınıb. İnsident nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

ONN media