ONN İnformasiya Agentliyi

Maşını məktəblilərin üzərinə sürdü – ŞƏHƏRDƏ DƏHŞƏT YAŞANDI

Maşını məktəblilərin üzərinə sürdü – ŞƏHƏRDƏ DƏHŞƏT YAŞANDI
07 Dekabr 2019 - 23:33

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 13 nəfərin xəsarət alması ilə nəticələnib.

ONN media xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan 9-cu sinif şagirdlərinin üzərinə sürüb. Nəticədə 11 yeniyetmə və onları teatra aparan iki şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png