ONN İnformasiya Agentliyi

Maşını piyadaların üzərinə sürdü –6 yaralı + Foto

Maşını piyadaların üzərinə sürdü –6 yaralı + Foto
26 Noyabr 2017 - 16:44

Almaniyanın Kuksxafen (Aşağı Saksoniya) şəhərində avtomobil piyadaların üzərinə sürülüb.

ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır.

Təhlükəsizlik orqanalarnın məlumatına görə, 29 yaşlı sürücü içkili olub.

“İlkin rəyə əsasən sürücü maşını bilərəkdən piyadaların üzərinə sürüb. Araşdırma davam etdirilir”,- deyə polisdən bildirilib.

Polis həmçinin Twitter-də bildirib ki, hadisənin terror aktı ola biləcəyi ilə bağlı sübut yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png