ONN İnformasiya Agentliyi

Meqan Foks ərinə xəyanət edib? – BOŞANIRLAR

Meqan Foks ərinə xəyanət edib?  – BOŞANIRLAR
31 May 2020 - 11:05

Məşhur ulduz Meqan Foks 10 ildir ailəli olduğu, 3 uşağının atası, aktyor Brian Austin Qrindən boşanır.

ONN media  xəbər verir ki, cütlüyün ayrılmasına səbəb isə Meqanın klip çəkilişində tanış olduğu gənc oğlandır. Brian arvadının ona xəyanət etdiyini açıqlayıb.

O, aktrisanın ötən il repçi Maçin Qan Kellinin klipində rol alan zaman yaxınlaşdıqlarını, onu aldatdığını iddia edib. Qatıldığı bir verilişdə bu haqda danışan Brian bunları deyib:

“Meqan 2019-cu ildə bir film çəkilişində idi. 5 həftə sonra qayıdanda qəribə davranmağa başladı. Ailə içindəki yaxınlığı yenidən qura bilmədik. Üç həftə belə davam etdikdən sonra bağlılığın qopduğunu anladım. Ona mesaj yazdım, “Danışarıq” cavabını verdi. Daha sonra mənə evdən ayrı qaldığı ərəfədə özünü çox yaxşı hiss etdiyini dedi. Çəkilişdə Kolsen (Maçin Qan Kelli) adlı biri ilə tanış olduğunu, onun yanında özünü xoşbəxt hiss etdiyini söylədi”.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png