ONN İnformasiya Agentliyi

Mer parkda ölü aşkar edildi

Mer parkda ölü aşkar edildi
09 İyul 2020 - 22:22

Seul şəhərinin bir müddət əvvəl itkin düşmüş meri Pak Von-sun ölü tapılıb.

ONN media  xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya polisinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, merin cəsədi Seulun Puqaksan parkında aşkarlanıb.

Atasının yoxa çıxdığını polisə onun qızı xəbər verib. Hüquq-mühafizə orqanlarının və meriyanın məlumatına əsasən, Pak Von-sun yerli vaxtla 10:44-də iqamətgahını tərk edib. Merin telefonunun siqnalı sonuncu dəfə paytaxtın şimalında yerləşən Sombuk rayonundakı Hilsansa məbədi yaxınlığında qeydə alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png