ONN İnformasiya Agentliyi

Millət vəkilinin donaraq şəhid olan türk əsgərləri ilə bağlı İNANILMAZ ÇIXIŞI “Orada olmaları…”

Millət vəkilinin donaraq şəhid olan türk əsgərləri ilə bağlı İNANILMAZ ÇIXIŞI “Orada olmaları…”
07 Noyabr 2018 - 15:31

Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə, Əmək və Sosial İşlər üzrə Komissiyasında 11 saat davam edən görüşdə sərt mübahisələr yaşanıb.

ONN media Publika-ya istinadla xəbər verir ki, mübahisələrin qaynağı PKK terror təşkilatının siyasi qanadı olan HDP-li millət vəkilinin sözləri olub.

Millət vəkili Sərpil Kamalbay açıq bir şəkildə PKK terror təşkilatının müdafiəsinə qalxıb. O, Tuncəli vilayətində donaraq şəhid olan Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinin ünvanına təhqiredici fikirlər səsləndirib.

“Əsas olaraq, bu əsgərlərin orada olmaması lazım idi. Bu əsgərlərin müharibə siyasətinin nəticəsi olaraq orada olduqlarını və savaş, hücum olmasaydı, bu gün həyatda olacaqlarını söyləmək ən önəmli məsələdir”-, millət vəkili deyib.

Türkiyə Silahlı Qüvvələrininin ünvanına həqarətlər yağdıran HDP-li vəkil Afrinin terrorçulardan təmizlənməsi hərəkatını işğalçılıq adlandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png