ONN İnformasiya Agentliyi

Milli parkda YANĞIN oldu

Milli parkda YANĞIN oldu
18 May 2018 - 9:46

Kanadanın Saskaçevan əyalətində yerləşən Şahzadə Albert milli parkında yanğın baş verib. Havanın isti və güclü küləkli olması alovun yayılmasına şərait yaradır.

ONN media Report-a istinadən xəbər verir ki, hazırda yanğın təqribən 17 min hektar ərazini əhatə edib, alov yayılmaqdadır.

Yanğının söndürülməsinə Saskaçevan və Albert əyalətlərindən 125 xilasedici cəlb olunub, həmçinin Ontariodan da əlavə qüvvə göndəriləcəyi gözlənilir. Ən yaxınlıqdakı yaşayış məntəqəsi yanğın yerindən 40 km məsafədə, Vaskesiu gölü ətrafında yerləşir.

Qeyd olunur ki, mayın 4-də park əməkdaşları ərazidəki otlağı bizonlar üçün təmizləmək məqsədi ilə quru ağacları "nəzarət altında" yandırıblar. Lakin iki gündən sonra külək yanğını nəzarət altından çıxarıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png