Milyarder prezidentliyə namizəd olacaq

Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq 2020 seçkilərində namizəd olacaq.

Onun Alabamadan Demokratlar Partiyasının namizədi kimi lazımi sənədləri doldurduğu və rəsmi olaraq müraciətinin tamamladığı qeyd edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Blumbergin seçkiləri qazana biləcəyinə inanmadığını deyib.