ONN İnformasiya Agentliyi

Milyonlarla insan internetsiz qalacaq- ŞOK PROQNOZ

Milyonlarla insan internetsiz qalacaq- ŞOK PROQNOZ
03 Yanvar 2024 - 12:35

ABŞ prezident seçkilərinə qədər milyonlarla amerikalı internetsiz qala bilər.

ONN media xəbər verir ki, bu, “Mövcud Rabitə Proqramı” mərhələli şəkildə ləğv olunarsa baş verəcək. Bu barədə “Politico” yazıb.

Qeyd olunub ki, proqramı davam etdirmək üçün kifayət qədər vəsait tapılmazsa, proqram dayandırıla bilər. İndi o, təxminən 22 milyon aşağı gəlirli amerikalının internet xərclərini əhatə edir. Proqram 2020-ci ildə istifadəyə verilib.

“Politico”nun yazdığına görə, proqramın dayandırılması çoxlu sayda aztəminatlı vətəndaşı hazırkı hakimiyyətdən uzaqlaşdıra bilər, onlar dəstəyi itirəcək və seçkilərdə öz narazılıqlarını ifadə edə bilərlər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Demokrat Co Bayden və Respublikaçı Donald Trampın növbəti dəfə ölkədə əsas post uğrunda mübarizə aparacağı gözlənilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png