ONN İnformasiya Agentliyi

Mişeldən Kiyevə müjdə

Mişeldən Kiyevə müjdə
23 İyun 2022 - 12:41

İyunun 23-də AB liderləri Ukrayna və Moldovaya AB-yə üzv olmaq üçün namizəd statusunu rəsmən verəcəklər.

ONN media xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında yazıb.

“Bu, AB üçün həlledici məqamdır. Bu, bizim bu gün edəcəyimiz geosiyasi seçimdir. Əminəm ki, biz Ukrayna və Moldovaya namizəd statusu, eləcə də Ukrayna, Gürcüstan və Moldovaya aydın Avropa perspektivi verəcəyik”, – o bildirib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Birliyi (AB) liderlərinin sammiti başlayıb. Sammitdə Ukrayna, Moldova və Gürcüstana AB-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png