Misir terrorunda ölənlərin sayı 184 nəfərə çatdı

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər.