Misirdə məscidə hücum etmiş silahlılar məhv edilib

Misirin Sinay yarımadasında məscidə hücum etmiş 15 silahlı məhv edilib.

ONN media xəbər verir ki, bu barədə “SkyNews Arabia” telekanalı məlumat verib.

Məlumata əsasən, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.

Qeyd edək ki, Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb.