Misirdə növbəti qanlı olay: 11 ölü, 9 yaralı

Misirin şimal-şərqində yerləşən İsmailliyə mahalında təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında baş verən atışmada 11 nəfər ölüb.

Bbu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, sözügedən mahalın Cilbanə bölgəsində silahlı şəxslərin olduğu və təlim mərkəzi kimi istifadə edilən əraziyə əməliyyat təşkil edilib.

Silahlı atışma da məhz əməliyyat zamanı yaşanıb.

Hadisədə 9 nəfərin də yaralandığı bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə Sinay yarımadasında baş verən dəhşətli qətliam zamanı 200-dən çox müsəlman ölmüşdü (Axar.az).